Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Sumqayıt şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb. SİA-nın məlumatına görə, hadisə dekrabrın 20-də şəhərin Heydər Əliyev prospketində qeydə alınıb.

Yolu keçən piyada, 1956-cı il təvəllüdlü Nahidə İsmi qızı Talehlini avtomobil vurub.

Piyada xəstəxanaya çatdırılsa da, o bu gün müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə