Sumqayıtda 15 yaşlı oğlanı bıçaqlayan həmyaşıdı saxlanılıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov SİA-ya bildirib ki, dekabrın 22-də saat 22 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində 15 yaşlı yeniyetmənin ayaq nahiyəsinə kəsici alətlə yüngül xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun həmyaşıdı müəyyən olunub.
Hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə