Zaqatalada 22 yaşlı gənc həmkəndlisini bıçaqlayıb. SİA-nın məlumatına görə, dekabrın 20-dən 21-ə keçən gecə rayonun Faldar kənd sakini, 1999-cu il təvəllüdlü T. Səfərov sol budun kəsilmiş açıq yarası diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə korpusuna daxil olub.
Müayinə zamanı T. Səfərovun həmkəndlisi 2002-ci il təvəllüdlü V. Kərimovla aralarında yaranan şəxsi münasibətlər zəminində bıçaqlandığı məlum olub. T. Səfərov əməliyyat olunub, müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə