59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 18-də İmişli rayon sakini, 1965-ci il təvəllüdlü Rasim Şükürovun rayonun Oruclu kəndindən keçən transformatorun üzərindəki 10 kv-luq elektrik xəttini kəsərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə