YAP Samux rayon təşkilatı imzatoplama kampaniyasına başlayıb

YAP Samux rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikası prezidentliyinə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması prosesinə başlayıb.

Fevralın 17-da YAP Samux rayon təşkilatının seçki qərargahının 12 nəfər imzatoplayan fəalı 102 saylı Samux-Şəmkir Seçki Dairəsi üzrə yaşayan sakinlərin imzalarını toplamaq üçün işə başlayıb. İmza toplayan fəallar Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir sakinlə fərdi qaydada görüşür, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə