Gəncədə orta məktəb bağlandı - SƏBƏB?

Gəncə şəhərində orta məktəb fəaliyyətini dayandırıb. SİA-ya Gəncə şəhər Təhsil İdarəsindən verilən məlumata görə, 46 saylı orta tədris müəssisəsinin fəaliyyətinə xitam verilməsinə səbəb Nazirlər Kabinetinin müvafiq qərarıdır.

Belə ki, həmin ərazidə yeni sosial evlər, o cümlədən 28 saylı orta məktəb üçün 1170 yerlik bina tikilib. 46 saylı məktəbin şagirdləri yeni istifadəyə verilən 28 saylı məktəbdə təhsil alacaq.

Məlumat üçün bildirək ki, fəaliyyəti dayanan məktəbdə 154 şagird təhsil alırdı. Şagirdlərin tədrisi ilə 29 pedaqoq məşğul olub.

Pedaqoqların müəyyən hissəsi 28 saylı məktəbdə işlə təmin edilib. Bir qismi isə Gəncənin digər orta tədris müəssisələrinə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə