140-dan çox bağça direktoru cəzalandırılıb

Bakıda uşaq bağçalarına qəbul üçün 20 minə yaxın valideyn növbə gözləyir. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazir təəsüflə bildirib ki, burada tələb təklifi üstələyir:

“Bu şəxslərlə bağça müdirləri arasında sövdələşmə ehtimalı var. Bizim bununla bağlı mütəmadi yoxlamalarımız olur".

O, həmçinin əlavə ediv ki, son altı ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət və şiddətli töhmət verilib.

E.Əmrullayev eyni zamanda vurğulayıb ki, gələn il qrant müsabiqə ilə özəl bağçalarda təhsil alanların sayını 5 min nəfərə çatdırmaq planlaşdırılır:

"İlkin olaraq qrat müsabiqə ilə özəl bağçalarda təhsil alan uşaqların sayı 1500 nəfər idi. Buna əvvəl pilot layihə kimi başlanılmışdı. Növbəti ildə məqsədimiz bu sayı 5000 nəfərə çatdırmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə