Bu gün Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazir etiraf edib ki, bu gün ölkədəki məktəblərdə rus dili fəni üzrə müəllim çatışmazlığı var:
“Şagirdin hansı bölmədə oxumasından asılı olmayaraq ana dilini yaxşı bilməsi öncəliyimizdir. Çünki şagird dövlət büdcəsi hesabına təhsil alırsa, ondan Azərbaycan dili biliyini tələb etmək haqqımız da var”.
Bütün xəbərlər Facebook səhifəmizdə