12 məzunumuz HTP çərçivəsində Macarıstan və Çində təhsil alacaq

Bakı Dövlət Universitetinin (BDU) 12 məzunu 2025/2026-cı tədris ili üzrə hökumətlərarası təqaüd proqramları (HTP) çərçivəsində Macarıstanda və Çində magistratura və doktorantura səviyyələrində təhsil almaq hüququ əldə edib.

SİA-nın məlumatına görə, BDU-dan bildirilib ki, məzunlar Macarıstanın Eötvös Lorand Universiteti, Budapeşt Korvinus Universiteti, Ludovika Dövlət İdarəçilik Universiteti, Budapeşt İqtisadiyyat və Biznes Universiteti, Çinin Pekin Texnologiya Universiteti, Şanxay Beynəlxalq Tədqiqatlar Universiteti, Pekin Elm və Texnologiya Universiteti, Şansi Universiteti, Çin Siyasi Elmlər və Hüquq Universiteti, Vuhan Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunublar.

Onlar təhsillərini beynəlxalq münasibətlər, hüquq, biznesin idarə edilməsi, kompüter elmləri, psixologiya və ətraf mühit elmləri üzrə davam etdirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə