İşğaldan azad edilmiş ərazilərdə bu il 14 məktəb fəaliyyətə başlayıb

İşğaldan azad edilmiş ərazilərdə bu il 14 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024–2025-ci tədris ilinə dair hesabatında yer alıb.

Məlumatda qeyd olunub ki, həmin məktəblərdə 284 müəllim fəaliyyət göstərir və 2400-dən çox şagird təhsil alır.

İşğaldan azad edilmiş ərazilərdə bu il, həmçinin 6 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisələrdə 209 uşağın təlim-tərbiyəsi ilə 20 müəllim məşğul olur.

Bütün xəbərlər Facebook səhifəmizdə