"Mən təcrübəmə əsasən deyə bilərəm ki, biz müəllim və alim anlayışını dəyişdik". SİA xəbər verir ki, bu sözləri ADA Universitetinin Vaşinqton Mərkəzinin Prezidenti Qalib Məmməd bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.
O bildirib ki, universiteti sıfırdan yaratmaq o qədər asan bir iş deyil. Amma bu çox ilhamvericidir: "Biz 3 ünsürü bir yerə toplamalı idik. Onlardan biri istedaların bir araya gətirilməsi idi. Biz iatedadları birləşdirib vacib kütləni yaratmalı idik. Əgər münasib idarəetmə sistemi yoxdursa, həmin istedadlar uğur gətirməyəcək. Əksinə zaman keçdikcə həmin istedadlar aşınacaq".
"Biz işə başlayanda müəllim sinif otağında yox idi, əksinə öz mətbəxində repetitor kimi işləyirdi. Biz işimizə başlayanda müəllim 200 manat maaş alırdı. Amma biz müəllimə 2000 manat verməyə başladıq. Bu, müəllimə verdiyimiz dəyərin dərki idi"- deyə o əlavə edib.
Onun sözlərinə görə, ikinci məsələ ondan ibarətdir ki, biz müəllim qabağında pəncərələri bağlamamalıyıq: "Biz onları inkişaf etdirməliyik və onlara imkan yaradaraq mümkün olan vacib universiteti yaratmalıyıq. Məktəbin tərifini dəyişmək lazımdır. Məktəbin statusunu qaldırmaq, tərifini ona qaytarmaq lazımdır.
Biz müəllimə, dekana, prorektora inanmalıyıq, inanmırıqsa, onu işdən çıxarıb inandığımız biri ilə əvəz etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə