Ədliyyə orqanlarına qulluğa qəbul imtahanı keçiriləcək. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sənədləri qəbul edilmiş namizədlər 12 iyun saat 12:00-dan 3 iyul saat 12:00-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər. Test imtahanı 13 iyul 2025-ci il tarixində saat 11:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı ş. Binəqədi r. S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra – imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə