Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçiriləcək. SİA xəbər verir ki, iclasda “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənəd müzakirə olunacaq.
Qanun layihəsində "Təhsil haqqında" Qanunun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684 (Cild 1); 2024, № 4, maddə 362, № 5 (I kitab), maddə 500; 2025, № 1, maddə 16; Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 163-VIIQD nömrəli Qanunu) 18.5-ci maddəsinə "strukturlarında" sözündən sonra "məktəbdənkənar təhsil müəssisələrində" sözlərinin əlavə edilməsi nəzərdə tutulur.
"Məktəbəqədər təhsil haqqında" Qanunda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1012 (Cild 1); 2025, № 1, maddə 18) isə aşağıdakı dəyişikliklər təklif olunur:
2.1. 8.5-ci maddənin birinci cümləsinə ikinci halda "müəssisələrində" sözündən sonra "məktəbdənkənar təhsil müəssisələrində" sözləri əlavə edilsin.
2.2. aşağıdakı məzmunda 11.4.5-1-ci maddə əlavə edilsin:
"11.4.5-1. məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələri".
Bütün xəbərlər Facebook səhifəmizdə