Bu uşaqlar avtomatik 1-ci sinfə yerləşdiriləcək

3 iyun 2025-ci il tarixində rus bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədə uğur qazanan uşaqlar avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcək. Bu barədə SİA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

17 iyun 2025-ci il saat 11:00-dan etibarən isə tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədə uğur qazanan uşaqlar üçün məktəb və müəllim seçimi prosesinə start veriləcək.

Qeyd edək ki, 1 may 2025-ci il tarixində başlayan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir və 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə