Bu gün maqnit qasırğası müşahidə olunur

Orta coğrafi enliklərdə iyunun 2-si səhər saatlarında 10 ballıq şkala ilə 6 ballıq maqnit qasırğası olub. Bu barədə SİA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat evrilib.

Bildirilib ki, saat 09:00-dan sonra qasırğanın gücü 5, saat 12:00-dan sonra isə 4 bal olacaq. Qasırğanın 5-dən aşağı balı Yerə nisbətən təsirsiz ötüşür. Yüksək coğrafi enliklərdə saat 12:00-dək maqnit qasırğasının gücünün 10 ballıq şkala ilə 6-7, günün sonu üçün 3-4, iyunun 3-ü saat 03:00-12:00 aralığında 5-6 bal olacağı gözlənilir.

Orta coğrafi enliklərdə iyunun 2-də saat 15:00-dan sonra maqnit sahəsinin göstəriciləri fon səviyyəsində olacaq.

Yaranan qasırğalar Günəşdə baş vermiş alışmaların STEREO və LASCO koronoqrafları ilə çəkilmiş şəkillərinə görə müəyyən olunub. Mayın 31-də baş vermiş tac kütlə atılması Yer yaxınlığından keçərək maqnit qasırğası yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə