Azərbaycanda auditorlar üçün imtahanların təşkil olunması müzakirə edilib

Maliyyə Nazirliyində auditorlar üçün imtahanların təşkil olunması müzakirə edilib. SİA bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qurumda İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) nümayəndələri ilə görüş olub. Görüş zamanı mühasib peşəsinin inkişaf etdirilməsi, mühasibat uçotu sahəsində mütəxəssislərin bacarıqlarının artırılması, ACCA-nın İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə Sertifikatının tanınması, sertifikatlaşdırma üzrə təlim proqramlarının birgə hazırlanması, maliyyə monitorinqinin aparılması və auditorlar üçün imtahanların təşkili, habelə bu mütəxəssislərin müvafiq orqanlara cəlb olunması mövzuları ətrafında müzakirələr aparılıb.

Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzi (METM) ilə ACCA arasında əməkdaşlıq çərçivəsində 2024-cü ildə Gümüş partnyorluq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə