MİQ üzrə elektron sənəd qəbulu başa çatıb

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb. Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən SİA-ya bildirilib ki, hazırda qeydiyyatını tamamlayaraq təsdiq etmiş namizədlərin elektron ərizələrinin emalı prosesinə başlanılıb. Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, ötən illərdə olduğu kimi, cari ildə də müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.

Xatırladaq ki, elektron sənəd qəbulu mayın 22-dən 29-dək aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə