İmtahanlarda ötən illə müqayisədə təqribən 7 min çox iştirakçı var

Bu həftəsonu keçiriləcək imtahanlarda ötən illə müqayisədə təqribən 7 min çox iştirakçı var. SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

İmtahan keçirilən şəhər və rayonlara toxunan sədr onların sayının daim artırılmasına diqqət yetirildiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə