MİQ üzrə müsabiqənin elektron sənəd qəbuluna başlanılır

2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

SİA-nın məlumatına görə, Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, müsabiqə üzrə qeydiyyat mayın 22-si saat 11:00-dan mayın 29-u saat 11:00-dək davam edəcək.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla linkə daxil olaraq tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə