Son illərdə Seçenov Universitetinin Bakı filialı böyük inkişaf yolu keçib - Əziz Əliyev

Son illərdə Seçenov Universitetinin Bakı filialı böyük inkişaf yolu keçib. Bizim universitet ən müasir avadanlıqlarla təchiz olunub, 30-dan çox xəstəxana ilə əməkdaşlıq edir. Tələbələrimiz bu xəstəxanalarda təlim keçirlər. Universitetimizdə 720 tələbə və 109 rezident oxuyur, professor-müəllim heyəti Moskvadan gəlir. SİA xəbər verir ki, bu sözləri Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialının (Seçenov Universiteti) rektoru, Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş boyun şişləri şöbəsinin aparıcı cərrah-onkoloqu, professor Əziz Əliyev "Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” beynəlxalq elmi-praktik konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Tədris-Simulyasiya Mərkəzində Seçenov və Azərbaycan universitetlərinin tələbələri üçün praktik vərdişlərin tədrisi aparılır. "Seçenov Universitetinin Tədris-Simulyasiya Mərkəzi Avropa Simulyasiya Tədrisi sertifikatı alıb", - deyə Əziz Əliyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə