İzmirdəki Heydər Əliyev məktəbində Ulu Öndərə həsr olunan tədbir...

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən Heydər Əliyev məktəbində Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, Türkiyənin İzmir şəhəri üzrə Təhsil İdarəsinin müdiri Ömer Yahşi, Aliağa kaymakamı Zekeriya Güney, Aliağa Bələdiyyəsinin sədri Serkan Acar, məktəbin direktoru, müəllim-şagird kollektivi və digər şəxslər iştirak ediblər.

Tədbir çərçivəsində səfirliyin təhsil müşavirliyi tərəfindən sözügedən məktəbin şagirdləri arasında keçirilən müsabiqənin qalibləri müəyyən edilib. Ümummilli Lider Heydər Əliyevə olunan müsabiqə inşa, şeir və rəsm nominasiyaları üzrə keçirilib. Qaliblərə mükafatlar təqdim olunub.

Tədbir şagirdlərin musiqi və rəqslərindən ibarət bədii hissə ilə davam etdirilib.

Mərasim çərçivəsində Ulu Öndər Heydər Əliyevə həsr olunan fotosərgiyə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə