Sabahdan Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlayır

Sabahdan Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlayır

Sabahdan Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlayır. SİA xəbər verir ki, 2025-2026-cı tədris ili üzrə birinci sinfə şagirdlərin elektron qeydiyyatı prosesi çərçivəsində https://məktəbəqəbul.edu.az portalında texniki sabitliyin və fasiləsizliyin təmin olunması məqsədilə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinin vaxtı dəyişdirilib.

Belə ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-sı saat 15:00-da, rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə isə 6 may saat 11:00-da start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə