Abel Məhərrəmov “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalı ilə təltif olunub - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Abel Məhərrəmov “Rusiya Elmlər Akademiyasının 300 illiyi” yubiley medalı ilə təltif olunub. SİA-ya AMEA-dan verilən məlumata əsasən, medal AMEA-nın Rəyasət Heyətinin iclasında təqdim olunub.
Medalı Rusiya Elmlər Akademiyasının vitse-prezidenti akademik Sergey Aldoşin təqdim edib.
İclasda çıxış edən Sergey Aldoşin AMEA ilə Rusiya Elmlər Akademiyası arasında mövcud əməkdaşlıq əlaqələrinə toxunub, müstəqillik illərində birlikdə bir çox layihələrin həyata keçirildiyini, tədqiqatların aparıldığını söyləyib.
O, akademik Abel Məhərrəmovun kimya sahəsindəki nailiyyətlərinin elm xadimləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə