GDU-da yeni nəşr olunan dərs vəsaitinin təqdimatı keçirilib

Gəncə Dövlət Universitetində (GDU) kafedra müdiri, texnika üzrə fəlsəfə doktoru Elçin Cavadov və həmin kafedranın müəllimi İradə Seyidovanın ərsəyə gətirdiyi “Avtomatikanın əsasları” adlı dərs vəsaitinin təqdimatı olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, təqdimatda universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, Elm və innovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə, rektorun baş müşaviri Asif Cavadov, Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Gəncə Dövlət Universitetinin AHİK İdarə Heyətinin sədri Afaq Qasımova, Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev, Magistratura şöbəsinin müdiri Emin Yaqubov, Fizika kafedrasının müdiri Yəhya Namazov çıxış edərək, kitab haqqında fikirlərini səsləndiriblər.

Sonda müəllif Elçin Cavadov universitetdə sağlam elmi və işgüzar mühit yaratdığına, habelə belə tədbirlərin təşkil olunmasına görə Gəncə Dövlət Universitetinin rəhbərliyinə, təhsilə, elmə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə