DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib - YENİLƏNİB
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-cü il aprelin 13-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib. Bu barədə SİA-ya DİM-dən bildirilib.
İmtahanın keçirilməsi üçün 4 bina ayrılıb. İmtahanın idarə olunmasına 12 imtahan rəhbəri, 4 ümumi imtahan rəhbəri, 95 nəzarətçi, 8 buraxılış rejimi əməkdaşı cəlb edilib.
Aprelin 14-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə