Sənəd qəbuluna start verilib...

2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna başlanılır

2025-2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbuluna aprelin 10-dan start verilir. Sənədlər iyunun 15-dək qəbul ediləcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün 2024-cü il dekabrın 29-da elan olunmuş Dövlət Proqramı çərçivəsində prioritet ixtisas sahələrinə uyğun nüfuzlu xarici ali təhsil müəssisələrinin siyahısı yenilənib. Hər il olduğu kimi bu il də namizədlər “Times Higher Education”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində “universitetlər üzrə top 10”da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahəsi üzrə əldə etdikləri qəbul sənədləri əsasında Dövlət Proqramına müraciət edərək müsabiqədə iştirak edə bilərlər.

Müvafiq elanla linkdən tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə