Aprelin 1-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə universitetin bir qrup fəal tələbəsi Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü münasibətilə autizmli və sağlamlıq imkanları məhdud olan şəxslərin çalışdığı “Kaşalata” inklüziv kafeni ziyarət edib.
SİA-nın məlumatına görə, ADPU-dan bildirilib ki, ziyarət zamanı tələbələr autizmli şəxslərin həyat tərzi və onların əmək fəaliyyəti prosesi ilə yaxından tanış olublar. Həmçinin gənclərin bu istiqamətdə maarifləndirilməsini təmin etmək üçün kafenin əməkdaşları və autizmli şəxslərlə iş üzrə mütəxəssislərlə müsahibə xarakterli videosüjet hazırlanıb.
Qeyd edək ki, Azərbaycanın ilk inklüziv kafesi olan “Kaşalata” əlilliyi olan gənclərin inklüziv mühitdə məşğulluğuna dəstək göstərmək və onların cəmiyyətə inteqrasiyasını təşviq etmək məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə