Martın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, bayram şənliyində tələbələrin hazırladıqları Novruz xonçaları və milli adət-ənənələrimizi özündə əks etdirən bayram şirniyyatları nümayiş olunub.
Tədbirdə təbrik nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov universitetin professor-müəllim heyətini və tələbələri milli bayram münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb. Bu gün bütün suveren Azərbaycan torpaqlarında xalqımızın əsirlərdən süzülüb gələn adət-ənənələrini özündə birləşdirən, birlik və bərəkətin ifadəsi olan Novruz bayramının qeyd olunduğunu deyən dosent Rüfət Əzizov universitetin çoxminli kollektivinə, eləcə də bütün Azərbaycan xalqına əmin-amanlıq, bol ruzili illər, möhkəm cansağlığı arzulayıb. Novruz şənliyi ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının bir-birindən fərqli rəqs nömrələri, Novruz bayramının məşhur personajları - kosa ilə keçəlin təqdimatında maraqlı səhnəciklər, müxtəlif oyunlar və “Dərviş bənd” qrupunun maraqlı musiqi nömrələri ilə davam edib.
Sonra universitetin həyətində bayram tonqalı qalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB