"Azərbaycan dili itməməli və həmişə inkişaf etməlidir". SİA-nın verdiyi məlumata görə, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq versiyasının onlayn platformasının təqdimatında deyib.
Onun sözlərinə görə, Azərbaycan dilinin elmi sahədə də inkişafı önəmlidir: "Azərbaycanda nəşr olunan elmi dissertasiyalar ingilis dilinə tərcümə olunsa, alimlərimizin adının, nüfuzunun daha geniş auditoriyaya yayılması qaçılmaz olacaq. Lakin bu sferada doğma dilimizin inkişafını da gözardı etməməliyik".
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə