Naxçıvanda keçirilən buraxılış imtahanında 4 minə yaxın şagird iştirak edib - FOTOLAR

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ölkənin digər bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının da bütün ümumi təhsil müəssisələrinin 11-ci sinfini bitirən şagirdləri üçün buraxılış imtahanı keçirib. Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, imtahan Naxçıvanın bütün bölgələrini əhatə etməklə 17 binada keçirilib. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

İmtahanda ümumilikdə 3 min 978 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 52 imtahan rəhbəri, 407 nəzarətçi cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə