MDB PA-nın Elm və təhsil üzrə daimi komissiyasının növbəti iclasının tarixi və gündəliyi müəyyənləşdirilib - FOTO
Martın 6-da Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, tədbirdə MDB PA–da Milli Məclisin nümayəndə heyətinin üzvləri - qurumun elm və təhsil üzrə daimi komissiyasının sədr müavini Bəxtiyar Əliyev və komissiyanın üzvü Fariz İsmayılzadə iştirak ediblər.
İclasda “Süni intellekt texnologiyaları haqqında”, “MDB-yə üzv dövlətlər üçün gənc istedadların inkişafı və dəstəklənməsi sisteminin normativ-hüquqi tənzimlənməsi” və digər qanun layihələri ətrafında müzakirələr aparılıb.
Onlayn iclasın sonunda komissiyanın növbəti iclasının tarixi və gündəliyi müəyyənləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə