Bir həftədə 4 minə yaxın şagird yerdəyişmə edib. SİA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat yayıb.
Qeyd olunub ki, fevralın 25-dən başlanılan şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.
Bu günə qədər 9 mindən çox müraciət portala daxil edilib, 4 minə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə