"Elə məsələlər var ki, onlara hələ tələsməməliyik" - EKSPERT FİKRİ

"Ali təhsil proqramlarının yenilənməsi ilə bağlı müzakirələr ötən həftədən etibarən bir neçə müstəvidə aparılır". Bunu SİA-ya açıqlamasında STM-in təhsil məsələləri üzrə tədqiqatçısı Elmin Nuri deyib.

Onun sözlərinə görə, ən çox diqqət mərkəzində olan məsələ ilə bununla bağlı yaranan komissiyanın ötən həftəki iclasında vurğuladığı yeni ixtisasların yaradılması və onların əmək bazarının tələbləri istiqamətində formalaşdırılması məsələsidir: "Bu proses təbii ki, getməlidir, biz hətta özümüzü buna gecikmiş də hesab etməliyik. Amma ali təhsilin proqram yenilənmələri arasında elə məsələlər var ki, onlara hələ tələsməməliyik. Daha doğrusu, tələsə də bilərik, amma mövcud reallıq tamamilə buna qarşı olacaqdır. Bu istiqamətlərdən biri də universitetlərimizdə ali təhsilalma müddətinin 4 ildən 3 ilə endirilməsidir. İlk baxışdan prinsipcə o qədər də sadə mexanizm kimi görünmür. Amma məsələnin dərinliyinə enəndə şahidi oluruq ki, məhz bu detal ali təhsillə bağlı bir çox mexanizmlər dəyişdikdən, işlək hala gəldikdən sonra mümkün ola bilən məsələdir. Odur ki, bir neçə universiterimizi çıxmaq şərtilə yerdə qalan ali təhsil müəssisələri hazırki fəaliyyət proqramını təhsil müddətinin 3 illik perioduna uyğunlaşdıra bilməzlər. Əmin olun ki, bunun üçün pərdə arxasında qalan, hələ fərqində belə olmadığımız problemlər həll olunması lazımdır".

Müəllif: Qumral Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə