Hava şəraiti ilə əlaqədar sabah bir sıra ali məktəblərdə dərslər onlayn qaydada təşkil olunacaq.
SİA-nın məlumatına görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Texniki Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Sumqayıt Dövlət Universiteti və Bakı Mühəndislik Universitetində dərslər onlayn formatda keçiriləcək.
Eyni zamanda, Gəncə Dövlət Universiteti və Lənkəran Dövlət Universitetində dərslər əyani qaydada davam edəcək.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında fevralın 23-dən 24-nə keçən gecə havanın minimal temperaturu 3-5 dərəcə şaxta, 24-dən 25-nə keçən gecə isə 6-8 dərəcə şaxta olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə