Ali məktəblərdə nəticəyönümlü maaliyyələşmə layihəsi tətbiq ediləcək

Elmin mövcud maaliyyələşmə alətləri günün tələblərinə cavab vermir. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

O qeyd edib ki, nəticəyönümlü maaliyyələşmə yeni hazırlanmaqda olan dövlət proqramının əsasını təşkil edir: "Elmi fəaliyyətin nəticəsinə söykənən maaliyyələşmə ən ədalətli sistemdir. Ayrı-ayrı layihələrin, təqaüdlərin müxtəlif elmi fəaliyyətlərə yönəlmiş müəssisələr və alimlərə verilməsi planlaşdırılır".

Nazir qeyd edib ki, Qarabağ Universitetində nəticəyönümlü maaliyyələşmə pilot layihə kimi tətbiq edilir və tezliklə ölkə üzrə bütün ali təhsil müəssislərində tətbiq edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə