Məqsədimiz təhsilin müxtəlif sahələrində qızlarla oğlanların bərabər iştirakına dəstək olmaqdır - BAHAR MURADOVA
İlk növbədə nəzərə almaq lazımdır ki, Bakı Dövlət Universiteti ilə birgə reallaşdırılan bugünkü tədbirdə hər iki qurum arasında gələcək əməkdaşlığı nəzərdə tutulan bir sənəd imzalanıb. SİA xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə müsahibəsində söyləyib.
Komitə sədri bildirib ki, sənədin mahiyyəti iki qurumun fəaliyyət istiqaməti olaraq birgə layihələri icra etmək, xüsusilə də təhsil sahəsində qarşıda duran vəzifələrlə bağlı səyləri birləşdirmək, o cümlədən təhsilin müxtəlif sahələrində bərabər təmsilçiliyin və mütəxəssis hazırlığının gedişində qızlarla oğlanların bərabər iştirakçılığına töhfə verməkdir: “Mövcud vəziyyətin dəyərləndirilməsi bu və ya digər problemlərin aradan qaldırılması yollarının araşdırılması, aradan qaldırılması və müvafiq qurumlara tövsiyə verilməsi qarşımızda duran mühüm vəzifələrdən biridir. Qeyd edilən bu məsələlərin həllinə böyük ehtiyac var və bu dünyada gedən ciddi dəyişikliklərlə bağlıdır. Bu baxımdan, Azərbaycan ailəsi, milli dəyərlərimizin qorunması qarşımızda duran çox vacib məqsədlər uğrunda fəaliyyətdə bu dəyərlərin rəhbər tutulması məsələsini gündəmdə saxlamaq, onu qorumağın yollarını birgə düşünmək və onun elmi əsaslarını müəyyən etmək, lazım gəldikdə isə bu və ya digər dövlət proqramının imzalanması və reallaşması prosesində bir əsas kimi rol oynamasını təşviq etməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə