Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlayıb. Dövlət İmtahan Mərkəzindən (DİM) SİA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun I mərhələsi 20 fevral-5 mart 2025-ci il tarixləri arasında aparılacaq. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı da 20 fevral-5 mart 2025-ci il tarixləri arasında həyata keçiriləcək.
Qeyd edək ki, ali məktəbələqə qəbulun I mərhələsi hesab olunan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2-9 mart 2025-ci il tarixlərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə