"Elmdə Qadın və Qızların Beynəlxalq Günü" adlı tədbir keçirilib - YENİLƏNİB - FOTOLAR
Elm və Təhsil Nazirliyinin, Nərgiz Fondunun dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 11 fevral - Elmdə Qadın və Qızların Beynəlxalq Günü adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirin əsas məqsədi qızları və gənc qadınları elmi sahələrə təşviq etmək, onların uğurlarını vurğulamaq və bu istiqamətdəki çağırışları müzakirə etmək olub.
Tədbirdə dövlət rəsmiləri, təhsil ekspertləri, beynəlxalq təşkilatların nümayəndələri və bir sıra gənc iştirak edib.
Rəsmi hissədən sonra tədbir təlim sessiyaları ilə davam edib.
Sonda isə STEAM İnnovasiya Mərkəzinə təşkil edilən ekskursiya çərçivəsində gənclər müxtəlif elmi və innovativ layihələrlə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə