Qadınların təhsil səviyyəsinin artırılması önəmlidir - NAZİR

Qadınların təhsil səviyyəsinin artırılması önəmlidir. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, PISA-nın (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) nəticələrinə əsasən demək olar ki, oxuma qabiliyyəti baxımından 10 yaşına çatan qızların nəticələri daha yüksəkdir, lakin sonrakı yaşlarda isə təhsil göstəriciləri azalır.

E.Əmrullayev xatırladıb ki, bu gün Azərbaycanda təhsillə əhatəlilik 99 %-dən yüksəkdir:

"PISA nəticələrinə baxsaq, əsas məsələ keyfiyyətə nəzarətin gücləndirilməsidir. Erkən uşaqlıq dövründə təhsillə əlaqəli praktika çox önəmlidir. Bir çox hallarda fərqli siyasətlər qəbul edilərək qısamüddətli kurslarla çox çevik nəticələr əldə edilməsinə çalışılır. Lakin təcrübələr göstərir ki, yaxşı nəticə üçün uzun müddət lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə