Uşaq ədəbiyyatının tanınmış nümayəndəsi məktəblilərlə görüşəcək

“Məktəbdə...” layihəsinin növbəti görüşü fevralın 11-də paytaxtdakı 16 nömrəli Texniki-Humanitar Liseydə keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı görkəmli pedaqoq, uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair Zahid Xəlil olacaq. Təhsil İdarəsindən SİA-ya bildirilib ki, görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə