"Qarabağ Universitetində Tibb fakültəsinin açılması planlaşdırılır" - Emin Əmrullayev

"Ötən il 96 məktəbdə metodiki xidmət təşkil olunub". SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, ötən il 96 məktəbdə 1 080 metodiki görüş təşkil edilib: "2024-cü il ərzində 5 min 840 dərs dinləmə hayata keçirilib. 59 nəfər qiymətləndirmə metodisti sinqapurlu təlimçilər tərəfindən təlimləndirilib və onlar 143 məktəbdə fəaliyyətə başlayıblar".

"Qarabağ Universitetində Tibb fakültəsinin açılması planlaşdırılır. Fakültənin açılışı yeni tədris ilindən planlaşdırılır. Növbəti 5 il ərzində Qarabağ Universitetində 10-12 min tələbənin olması gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə