"Növbəti tədris ilində jurnallar onlayn platformada olacaq" - Nazir

"Növbəti tədris ilində kağız jurnal ləğv olunacaq". SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, "Rəqəmsal məktəb" platformasında şagird, valideyin, müəllim və direktor kabineti olmaqla dörd xüsusiyyət mövcud olacaq: "Rəqəmsal məktəb" platforması sayəsində valideynlər övladlarının dərs prosesini onlayn şəkildə izləyə biləcək. Ümumiyyətlə, təhsil sisteminin rəqəmsallaşması sürətlə davam edir. Növbəti tədris ilində məktəblərdə jurnallar onlayn platformada olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə