"Öz fənnini yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil" - Təhsil naziri
"Bu günə qədər sertifikatlaşdırma prosesi 2022-ci ildən başlayaraq, az sayda ibtidai sinif müəllimlərini əhatə edib". SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənn müəllimlərinin sertifikatlaşdırma imtahanlarına cəlbi nəzərdə tutulur: "Hazırda azad olunan ərazilərdə 11 məktəbdə 272 müəllim 2 213 şagirdə dərs deyir".
Nazir bildirib ki, 6 bağça, 16 tərbiyəçi-müəllim və 183 uşaq var. Sayın gələcəkdə artacağı gözlənilir".
"Öz fənnini yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil. Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı nəzərə alınacaq: "Bununla yanaşı, ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı və müəssisə rəhbərinin rəyi də nəzərə alınacaq. Şərtləri ödayən namizədlər müsahibə mərhələsində iştirak edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə