Boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir

Bakı Dövlət Universiteti fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir. BDU-dan SİA-ya bildirilib ki, müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Azərbaycan Respublikası Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyinin) 1996-cı il 7 avqust tarixli 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir.

Ünvan: AZ1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 33

Bütün xəbərlər Facebook səhifəmizdə