Avstriya Respublikasının Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evi şəhərə qonaq gələn azərbaycanlıların və bu şəhərdə təhsil alan həmvətənlərimizin sevimli məkanına çevrilib. Həmvətənlərimizin daima bu məkana xüsusi diqqəti sayəsində Zalsburq Azərbaycan Evi daima inkişaf etməkdədir. SİA xəbər verir ki, Azərbaycan Evinin budəfəki qonağı Fərid Dəmirov oldu. O, Bakı Dövlət Universiteti bitirib, bir müddət Xarici İşlər Nazirliyi və Milli Məclisdə çalışıb. Fərid Paris London Zalsburq Universitetində təhsil alan yeganə həmyerlimizdir.
Azərbaycan Evində qonaq olan həmyerlimizə Azərbaycan Evi ilə bağlı geniş məlumat verildi və sonra Avstriyada fəaliyyət göstərən diaspora təşkilatının bu ölkədə Azərbaycanın tanıdılması üçün gördüyü işlər barədə danışıldı.
Daha sonra Fərid Dəmirov xatirə kitabına ürək sözlərini yazdı.
Sonda xatirə şəkili çəkildi.
Bütün xəbərlər Facebook səhifəmizdə