Emin Əmrullayev Qvineya səfiri ilə görüşüb - FOTOLAR

Bu gün elm və təhsil naziri Emin Əmrullayev Qvineya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kande ilə görüşüb. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə