Dünyanın ən etibarlı və nüfuzlu universitet reytinqlərindən biri olan Webometrics (Ranking Web of Universities 2025 ) növbəti reytinq siyahısını açıqlayıb.
200-dən çox ölkədən, 32.000-dən çox ali təhsil müəssisəsinin reytinqini müəyyən edən Webometrics-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkə üzrə birinciliyini qorumaqla yanaşı, dünya sıralamasında 120 pillə irəliləyərək, 2840-cı yerə yüksəlib. Reytinqə Harvard Universiteti liderlik edir.
Qeyd edək ki, Webometrics dünya universitetlərinin akademik və rəqəmsal fəaliyyətlərini qiymətləndirən ən böyük reytinq sistemidir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB