SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Niderlandın "Startupbootcamp" akselerasiya proqramında ən yaxşı 30 layihə arasına seçilən "CLIMASEL" layihəsinin iştirakçılarını qəbul edib. Bu barədə SİA-ya Ali Məktəbdən məlumat verilib.
Rektor tələbələrin bu nailiyyətini yüksək qiymətləndirib, layihənin Niderlandda təqdimatı zamanı onlara uğurlar arzulayıb.
“CLIMASEL” layihəsi “Enerji və ətraf mühit” kateqoriyasında 2000 layihə arasından seçilib. “CarbonX” komandasına 25 min avro investisiya ayrılıb, eləcə də 3 aylıq akselerasiya proqramında iştirak etmək hüququ qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə