Gürcüstanda yaşayan soydaşlarımızın inteqrasiyasına yardım məqsədilə tədbirlər davam etdirilir. SİA xəbər verir ki, Marneulinin Yuxarı Saral kəndində soydaşlarımızın sosial inkişafına xidmət edəcək “Saral İnkişaf və Təhsil Mərkəzi”nin açılışı olub.
Mərasimdə ziyalılar, icma üzvləri, tələbə və gənclər iştirak ediblər. Bildirilib ki, mərkəzin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, təhsilinə və idmana marağının artmasına dəstək verməkdir.
Mərkəzdə 115 nəfər ingilis dili, riyaziyyat, və digər fənlərdən pulsuz təhsil alırlar.
Sonda ingilis dili kursunu bitirmiş gənclərə sertifikatlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə