UNEC-də XV Karyera Yarmarkası keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) onlayn platforma üzərindən XV Karyera Yarmarkası keçirilib.

UNEC məzunlarının və sonuncu kurs tələbələrinin məşğulluğunun və iş dünyasına çıxışının təmin edilməsi, eləcə də peşəkar inkişaflarına dəstək olmaq məqsədilə keçirilən virtual yarmarkada ölkənin aparıcı şirkətləri və dövlət qurumları daxil olmaqla, ümumilikdə 104 müəssisə iştirak edib. Yarmarkada tələbə və məzunlara 400-dən çox vakansiya və 20-yə yaxın təcrübə proqramı təklif olunub.

Təklif olunan vakansiyalar üzrə maksimum əmək haqqı 3000 AZN, orta aylıq əmək haqqı isə 847 AZN təşkil edib.

UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə iki gün davam edən XV Virtual Karyera yarmarkasına tələbə və məzunlar tərəfindən böyük maraq göstərilib. Təqdim olunan stendlərə 58.261 dəfə baxış keçirilib və ziyarətçilər tərəfindən şirkətlərə 1053 CV göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə